2017-03-01

Qars Heydər Əliyev litseyində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş toplantı keçirilib.

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən təşkil etdiyi altıncı tədbir çərçivəsində  Socar tərəfindən Qars şəhərində  inşa edilən ümummilli lider Heydər Əliyevin adını daşıyan Peşə və Texniki Anadolu Litseyində bu litseyin müəllim və şagird kollektivi ilə toplantı həyata keçirib.

Təşkil edilən toplantı Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrindən,  XX əsr boyunda erməni millətçilərinin təşkilatçılığı ilə bu toplumdan düzəldilən silahlı dəstələrin xalqımıza qarşı törətdikləri ağır cinayətlərdən və bu amansızlığın davamı olan Xocalı soyqırımının dünyada tanıdılması prosesi barədə iştirakçılara ümumi məlumat verilib.

Daha sonra diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib. Bu gün Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması istiqamətində siyasət aparır.

Baş konsul diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində davam edən proseslər ermənilərin xalqımıza qarşı törətdikləri təcavüzlərin və cinayətlərin mahiyyətini ifşa edir.

Tədbirin sonunda Xocalıya həsr olunmuş slayd göstərisi olub. 

Arxiv üzrə axtarış