2017-02-25

Xocalının əziz xatirəsi Iğdır Kültür Mərkəzində yad edilib

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planına əsasən ikinci tədbiri baş konsulluğun xidmət ərazisi olan İğdır vilayətində  həyata keçirib.

Tədbir Azərbaycanın  Qars şəhərindəki baş konsulluğu ilə İğdır-Azərbaycan Dil Tarix və Mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilib.

Iğdır Kültür Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Qars baş konsulu Nuru Quliyev, İğdır vali vəkili Bilgehan Karanfil, İğdır vilayəti baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin müdiri Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, AMEA-nın professoru Vəli Baxşəliyev, Ərzurum Atatürk universitetinin professoru Kerem Karabulut və həmin universitetin dosenti Mevlut Yüksəl, o cümlədən Azərbaycanın Qars şəhərindəki baş Konsuluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, Heydər Əliyev Fən Lisesi idarəçiləri, şagirdləri, dərnək başçıları və İğdırlılar iştirak edib.

Əvvəlcə Xocalı şəhidlərinin ruhuna  “Qurani -kərim”dən ayələr oxunub.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyevin, İğdır-Azərbaycan Dil Tarix və Mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyinin sədri Ziya Zakir Acarın, AMEA-nın professoru Vəli Baxşəliyevin, Ərzurum Atatürk universitetinin professoru Kerem Karabulut və həmin universitetin dosenti Mevlut Yüksəlin çıxışları olub.

 XX əsrin sonunda təcavüzkar Ermənistan tərəfinin Azərbaycan qarşı ortaya atdığı əsasız ərazi iddialarından yaranmış Dağlıq Qarabağ problemi əsasında törədilən  Xocalı soyqırımını təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı yönəldilmiş insanlıq cinayəti olduğunu ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, bütün sahələr üzrə inkişaf edən və qüdrətklənən Azərbaycan dövləti bu cinayəti törədənlərin beynəlxalq ədalətməhkəməsi qarşısında cavab verməyə məcbur edəcəkdir.  Diqqətə çatdırılıb ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Soyqırım kimi tanıdılan Xocalı hadisəsinin bütün dünya birliyi tərəfindən soyqırım aktı kimi tanıdılmasına nail olmaq xalqımızın beynəlxalq hüquq tərəfindən tanınan haqqıdır. 

Arxiv üzrə axtarış