2016-12-12

Ümummili lider Heydər Əliyevin əziz xatirəsi Türkiyənin Iğdır vilayətində yad edilib.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının mərhum prezidenti, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi İqdırda yad edilib.

İştirakçılar İqdır şəhərində yerləşən ulu öndər Heydər Əliyev Parkındakı Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə Ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Baş konsulluğun əməkdaşları, İqdır vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrində xidmət edən hərbçilər, Türkiyə və Azərbaycandan olan ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən İqdır vilayətinin valisi Əhməd Turgay, Respublika baş prokuroru Sedat Turan, İqdır Polis Şöbəsinin rəhbəri Orxan Çevik,  Jandarma komandanı Kahraman Dikmen və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə ilk olaraq Heydər Əliyevin əziz xatirəsi və şənbə günü İstanbulda Törədilmiş terör aktı nəticəsində həyatlarını itirmiş türk polislərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Baş konsul Nuru Quliyev çıxış edərək, Xalqımızın böyük şansı, həyatını  Azərbaycanın tərəqqisinə həsr etmiş bu dahi şəxsiyyətin vəfatından on üç il ötməsinə baxmayaraq bir an belə unudulmadığını xüsusiylə vurğulayıb. O bildirib ki, Azərbaycanın bugünki inkaşıfının təməlində məhz Heydər Əliyevin iti zəkası, uzaq görənliyi və müdrik siyasəti dayanır.

Bugün dünyanın hər bir nöqtəsində Heydər Əliyev şəxsiyyətinin anılması, onun itkisinin yalnız cismani olduğunu bir daha sübuta yetirdi. Bugün uğurlu gələcəyə addımlanan hər bir yol onun uzaq görən zəkası sayəsində işıqlanmaqdadır. 

Arxiv üzrə axtarış