2016-10-18

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü İqdırda qeyd olunub.

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşəbbüsü, təşkilatçılığı və Azərbaycan Dil, Tarix və Mədəniyyət Dərnəyinin iştirakı ilə Türkiyə Respublikasının İqdır Vilayətində Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar mərasim təşkil olunub.

Mərasimdə Azərbaycanın Qarsdakı Baş konsulluğunun diplomatik heyəti ilə yanaşı İqdir vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrinin komandanı, Türkiyə və Azərbaycandan olan tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən İqdir vilayətinin valisi Əhməd Turgay Alpman, İqdir-Azərbaycan Dil, Tarix və Mədəniyyət dərnəyinin sədri Ziya Zakir Acar, “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsinin dekanı və “Ümumi tarix” kafedrasının dosenti Elbrus İsayev, AMEA-nın dosenti Emin Şıxəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim Tükiyə və Azərbaycan Respublikasının dövlət himnlərinin oxunmasıyla başlayıb. Açılış çıxışını edən Dərnəyin sədri Ziya Zakir Acar hər iki ölkənin qarşılıqlı dostuluğunun və qardaşlığının tarixi köklərə malik olan əsaslı iradə təməlində qurulduğunu qeyd etdi.

Azərbaycan Respublikasının müstəqilliyi əldə etdikdən sonra keçirdiyi daxili və xarici böhranın xalqın israrıyla siyasi hakimiyyətə yenidən qayıdmış ümummili lider Heydər Əliyevin iti zəkası, uzaq görən siyasəti və müdrikliyi sayəsində arxada qoyduğunu diqqətə çatdıran Azərbaycanın Qarsdakı Baş konsulu bildirib ki,  müstəqilliyimizin sarsılmazlığının yeganə təməli ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin bugün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə dəvam etdirilməsidir. Azərbaycan və Türkiyə arasındakı əlaqələrdən danışan Baş konsul, 15 iyul gecəsinə vurğu edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana Azərbaycan xalqının daim qardaş ölkə Türkiyənin yanında olduğunu söyləməsini xatırladıb. O, Azərbaycan xalqı 15 iyul gecəsini qardaş ölkə ilə birgə həyəcan içində keçirdiyini və Türk xalqının bu hərbi çevriliş təşəbbüsü üstündəki uğurlu qalibiyyətindən danışıb.

İqdir vilayətinin valisi Əhməd Turgay Alpman iki ölkənin zəngin tarixi köklərə malik olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin “Bir Millət, iki Dövlət” şuarına vurğu edən Vali Azərbaycan və Türkiyənin dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb.

Mərasim sonrası keçirilən konfransda “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsinin dekanı və “Ümumi tarix” kafedrasının dosenti Elbrus İsayevin, AMEA-nın dosenti Emin Şıxəliyevin, Türkiyə Respublikasının Qars şəhərindəki Qafqaz Universitetinin prorektoru Selçuk Uralın, həmin universitetin professoru Yaşar Kop və başqalarının çıxışları dinlənilib.  

Çıxışların sonunda “Azərbaycan və Türkiyənin keçmişdən bu günə tarixi birlikdəliyi” adlı film nümayiş olunub. 

Arxiv üzrə axtarış