2019-02-22

Türkiyənin Aralıq şəhərində Xocalı soyqırımını anma mərasimi keçirilib

Türkiyənin İğdır vilayətinin Aralıq şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Toplantıda Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra baş konsul Nuru Quliyev, Aralıq şəhərinin icra başçısı Sercan Gökdəmir, 15 İyul Şəhid və Qazi Ailələri Dərnəyinin sədri Kanbər Güzəlkayanın çıxışları dinlənilib. 

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktı barədə müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Çıxışlarda həmçinin Heydər Əliyev Fonundinun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə artıq on ildir ki, fəaliyyətdə olan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının qarşıya qoyduğu vəzifələrdən, görülən işlərdən bəhs olunub.

Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə 15 İyul Şəhid və Qazi Ailələri Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkili Adil Aşırım, Aralıq rayonu Jandarma Qarnizonu Komandanı polkovnik-leytenant Berk İştahlı, Aralık rayonu polis idarəsinin rəisi Yusif Erkan, Azərbaycan və Türkiyədən QHT və KİV təmsilciləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər. .

Daha sonra Xocalı soyqırımının tarixi ilə bağlı panel keçirilib. Xocalı soyqırımına və şəhidlərimizə həsr olunan şeirlər oxunub.

Arxiv üzrə axtarış