İğdır vilayətinə səfər
28 sentyabr 2026-cı il tarixində baş konsul İğdır vilayətinə səfər etmişdir. Səfər çərçivəsində İğdır Valisi Fırat Taşolar ilə nəzakət görüşü keçirilmişdir. Görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Səfər zamanı İğdırda fəaliyyət göstərən Şuşa uşaq bağçasında İğdır valisinin həyat yoldaşı xanım Didem Taşoların təşkilatçılığı ilə xarıbülbül motivinə həsr olunmuş rəsm sərgisində iştirak etmiş və sərgidə şagirdlərin əl işləri ilə tanış olmuşdur. Həmçinin, məktəbdə Mübariz İbrahimovun adına yaradılmış sinif otağı ziyarət edilmişdir.
Səfər zamanı İğdır Universitetinin rektoru Ekrem Gürel, İğdır vilayətinin polis müdiri Eraslan Er, 5-ci Sərhəd Briqadasının komandiri Özkan Şenol, Jandarma komandanının müavini Alper Demir və miqrasiya idarəsinin əməkdaşları ilə görüşlər keçirilmişdir.
Səfərin sonunda İğdır Azərbaycan Evində bu bölgədə yaşayan həmvətənlərimiz və İğdır Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilmiş və onlara konsulluq məsələləri ilə bağlı hüquqi məsləhətlər verilmişdir.








