2026-06-18

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qars və İğdır şəhərlərinə səfər etmişdir.

14-16 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qars və İğdır şəhərlərinə səfər etmişdir.
15 iyun tarixində Baş prokuror Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş prokuroru Muhsin Şentürk Qarsda yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli liderin büstü önünə əklil və gül dəstələri qoymuşlar. Daha sonra K.Əliyev və M.Şentürk Baş Konsulluğu ziyarət etmişlər, eyni gündə Qars valisi Ziya Polatın da qatıldığı rəsmi şam yeməyi verilmişdir.
Baş prokurorlar həmin gün Qars Ədliyyəsini, 16 iyun tarixində isə İğdıra səfər çərçivəsində İğdır Ədliyyəsini ziyarət etmişlər.

Arxiv üzrə axtarış