2026-06-18

Ağrı və Vanda keçirilmiş görüşlər və tədbir

10-12 iyun 2026-cı il tarixlərində Ağrı və Vana səfər çərçivəsində Ağrı valisinin müavini Tuncay Karataş, Ağrı İbrahim Çeçen Universitetinin rektoru Prof. Dr. İlhami Gülçin, Van valisi Ozan Balcı, Van Yüzüncü İl Universitetinin rektoru Prof. Dr. Hamdullah Şevli ilə görüşlər keçirilmişdir.
Görüşlərdə Ağrı və Vandan olan iş adamlarının Naxçıvandakı iş imkanlarından istifadə edə biləcəkləri bildirilmiş, orada dövlət tərəfindən müxtəlif təşviqlərin təmin edildiyi diqqətə çatdırılmış, Ağrı İbrahim Çeçen və Van Yüzüncü İl Universitetləri ilə Azərbaycan Universitetləri arasında əməkdaşlıq müzakirə olunmuşdur.
11 iyun tarixində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Van Azərbaycan Kürəsünnilər Dərnəyinin və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Vanda yerləşən Xalq Kitabxanasının böyük zalında Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kürəsünnilər Dərnəyinin rəhbəri Bilal Yücebaş, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, TADEF sədri Adalet Turan, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Kənan Məmmədov, baş konsul Zamin Əliyev çıxış etmiş, Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasından (ƏİP) Van millət vəkili Kayhan Türkmenoğlunun, TBMM-də ƏİP-dən İstanbul millət vəkili Hasan Turanın, TBMM-də ƏİP-dən İğdır millət vəkili Cantürk Alagözün və Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınarın təbrik mesajları oxunmuşdur.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi musiqi proqramı ilə çıxış etmişdir.

Arxiv üzrə axtarış