2026-05-25
Ərzurumda görüşlər keçirilmişdir
15 may 2026-cı il tarixində Ərzuruma səfər çərçivəsində baş konsul Zamin Əliyev Ərzurum valisi Aydın Baruş və Ərzurum Texniki Universitetinin rektoru Prof. Dr. Bülent Çakmak ilə görüşmüşdür.
Görüşlər zamanı Ərzurumdan olan iş adamlarının Naxçıvanda yaradılan iş imkanlarından istifadə etmələri, qardaş şəhərlər olan Ərzurum və Şuşa arasında birgə layihələrin həyata keçirilməsi, Ərzurum Texniki Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq və digər məsələlər müzakirə olunmuşdur.




