2026-05-25

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri İğdır və Qarsa səfər etmişdir

12-13 may 2026-cı il tarixlərində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İğdır və Qars şəhərlərinə səfər etmişdir. Səfər çərçivəsində K.Hüseynəliyev 12 may tarixində İğdır vilayətinin valisi Mustafa Fırat Taşolar ilə görüşmüş, İğdır Universitetində “Azərbaycanın sərmayə imkanları: Naxçıvanın strateji potensialı” adlı tədbir keçirilmişdir.
​13 may tarixində nazir Qars valisi Ziya Polat, Bələdiyyə sədri Ötüken Senger, Qars Ticarət və Sənaye Palatasında iş adamları ilə görüşmüş, “Naxçıvanın iqtisadi imkanları və sərmayə fürsətləri” mövzusunda təqdimat həyata keçirilmişdir.
​Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələri, Naxçıvan ilə Qars və İğdır vilayətləri arasında əməkdaşlıq və digər məsələlər müzakirə olunmuş, Naxçıvanda tətbiq olunan iqtisadi təşviq mexanizmləri, sərmayəçilərə təmin edilən dövlət dəstəyi barədə məlumat verilmişdir.

 

Arxiv üzrə axtarış