Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə İğdırda tədbir keçirilmişdir.
8 noyabr 2025-ci il tarixində Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə İğdır Mədəniyyət Mərkəzində konsert proqramı keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkənin himnləri səsləndirilmiş, Zəfərin 5-ci ildönümü ilə bağlı video-çarx nümayiş etdirilmişdir. Sonra İğdır valisinin müavini Ahmet Gökçecik, İğdır Universitetinin rektoru Ekrem Güler, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və baş konsul çıxış etmişlər.
Tədbir Azərbaycandan gələn iki xanəndə və beş tələbənin ifası ilə davam etmişdir. Proqramda şəhid Mustafa Kərimovun ailəsi, İğdır vilayətinin rəsmiləri, İğdır Universitetinin müəllim və tələbələri, dərnək üzvləri, iğdırlılar, KİV nümayəndələri iştirak etmişlər.


