Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Qarsda tədbir keçirilmişdir.
7 noyabr 2025-ci il tarixində Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə sözügedən Universitetin Əhməd Arslan Konqres Mərkəzində konsert proqramı keçirilmişdir. Tədbir keçirilən zalın önündə zəfərlə bağlı foto sərgi təşkil edilmiş, qonaqlara Azərbaycan şirniyyatları təqdim olunmuşdur.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkənin himnləri səsləndirilmiş, Zəfərin 5-ci ildönümü ilə bağlı video-çarx nümayiş etdirilmişdir. Sonra Qars valisi v.i.e. Hayreddin Güzel, Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından Qars millət vəkili Adem Çalkın, Bələdiyyə sədri v.i.e Turqay Kızılörenli, Xəzər Universitetinin Müşahidə Şurasının sədri professor Hamlet İsaxanlı və baş konsul çıxış etmişlər.
Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə təşkil olunan beynəlxalq şeir yarışmasının qaliblərinə mükafatlar təqdim edilmiş, tədbir Azərbaycandan gələn iki xanəndə və beş tələbənin ifası və Azərbaycan rəqsləri ilə davam etmişdir.
Proqramda şəhid Mustafa Kərimovun ailəsi, Qars vilayətinin rəsmiləri, Universitetin müəllim və tələbələri, dərnək üzvləri, qarslılar, KİV nümayəndələri olmaqla minə yaxın insan iştirak etmişdir.




