2025-11-13

Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Ərzurumda tədbir keçirilmişdir

3 noyabr 2025-ci il tarixində Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Ərzurum vilayətində yerləşən Atatürk Universitetində konsert proqramı keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkənin himnləri səsləndirilmiş, Zəfərin 5-ci ildönümü ilə bağlı video-çarx nümayiş etdirilmişdir. Sonra Ərzurum valisinin müavini Mehmet Faruk Kazdal, bələdiyyə başçısı Mehmet Sekmen, Atatürk Universitetinin rektoru Ahmet Hacımüftüoğlu, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, baş konsul çıxış etmiş, zəfərlə bağlı şeirlər səsləndirilmişdir. Tədbir Əruzurum Bələdiyyəsinin musiqi qrupunun ifasında Azərbaycan mahnıları və rəqsləri ilə davam etmişdir.
Tədbirdə Ərzurumun rəsmiləri, Universitetin müəllim və tələbələri, sözügedən şəhərdə yaşayan azərbaycanlılar, ərzurumlular olmaqla minə yaxın insan iştirak etmişdir.

Arxiv üzrə axtarış