2025-10-16

Vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulluğun konsulluq dairəsində qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının

vətəndaşlarının nəzərinə!

 

 

24-26 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulluğun konsulluq dairəsində qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Qars şəhərindəki Baş konsulluğunda (Yusif Paşa məhəlləsi, Heydər Əliyev  prospekti, No32/B, 36100 Qars / Mərkəz) qəbulu keçiriləcəkdir.

Qəbul zamanı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət, ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi, ailə vəziyyəti haqqında arayışlarının verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydi (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, müraciət edənlərin rahatlığın təmin edilməsi məqsədilə İğdır şəhərindən Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğuna marşrut üzrə avtobuslar təşkil ediləcəkdir.

Qəbul vaxtları:

24 oktyabr 2025 – saat 10:00-18:00, günorta fasiləsi 13:00-14:00;

25 oktyabr 2025  – saat 10:00-18:00, günorta fasiləsi 13:00-14:00;

26 oktyabr 2025  – saat 10:00-18:00, günorta fasiləsi 13:00-14:00.

 

 Əlaqə: +99 455 455 00 56 İşçi qrupun qaynar xətti (yalnız WhatsApp)      

             +90 554 712 23 63 İşçi qrupun qaynar xətti

             +90 542 203 05 36 Qars şəhərindəki Baş Konsulluğun qaynar xətti        

 

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün tələb olunan sənədlər:

  1. Doğum haqqında şəhadətnamənin surəti;
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti (olduğu təqdirdə);
  3. Valideynlərin pasportlarının, şəxsiyyət vəsiqələrinin və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surətləri.

Ümumvətəndaş pasportların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

  1. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə);
  2. Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə);
  3. 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlər;
  4. 18-30 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququnun verilməsi qeydi olan çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
  5. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (olduğu təqdirdə).

Ailə vəziyyəti haqqında arayışın verilməsi üçün tələb olunan sənədlər:

  1. Etibarlı ümumvətəndaş pasportunun/şəxsiyyət vəsiqəsinin surəti;
  1. Ərizə.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər:

  1. Etibarlı ümumvətəndaş pasportunun/şəxsiyyət vəsiqəsinin surəti;
  2. Ailə vəziyyəti haqqında arayış;
  3. Nikahın bağlanması haqqında tərəflərin ərizəsi;
  4. Doğum haqqında şəhadətnamənin surəti;
  5. Tibbi müayinə barədə şəkilli arayış (apostil olunmuş).

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər:

  1. Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş);
  2. Valideynlərin ərizəsi;
  3. Doğumdan bir ay keçdiyi təqdirdə uşağın sağlamliq haqqinda arayişı (son 1 ay ərzində verilmiş);
  4. Valideynlərin etibarlı şəxsiyyət vəsiqələrinin/pasportlarının surətləri;
  5. Valideyinlərin doğum şəhadətnamələrinin surətləri;
  6. Valideyinlərin nikah haqqında şəhadətnaməsinin surəti (olduğu təqdirdə).

QEYD: Türkiyə Respublikasında doğumu qeydə alınmış (müvafiq qaydada tərtib olunmuş Doğum Kayıt Örneği - Formül A-ya malik) şəxslərə Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi rəsmiləşdirilmir.

Fərdi identifikasiya nömrələrinin (FİN) alınması üçün tələb olunan sənədlər:

  1. Ərizə (yetkinlik yaşına çatmayanlar üçün valideynləri tərəfindən yazılır);
  2. Yetkinlik yaşına çatmayanların valideynlərinin pasportlarının/şəxsiyyət vəsiqələrinin surəti;
  3. Doğum haqqında şəhadətnamənin surəti (Formul A-Doğum Kayıt Örneği).

Arxiv üzrə axtarış