2025-09-29
Arazın o tərəfi
22 sentyabr 2025-ci ildə İğdır Valiliyi, İğdır Universitetinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə İğdır şəhərində yerləşən Mədəniyyət Mərkəzində, eləcə də 23 sentyabr 2025-ci il tarixində Qars Bələdiyyəsi, Qafqaz Universitetinin təşkilatçılığı və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Qars şəhərində yerləşən “Aynalı Köşk” Sərgi və Teatr Mərkəzində “Arazın o tərəfi” filminin nümayişi ilə bağlı tədbirlər keçirilmişdir.




