2025-09-18
Baş konsulun Ərdahan vilayətinə səfəri.
17 sentyabr 2025-ci ildə Ərdahan şəhərinə baş tutmuş səfər çərçivəsində baş konsul Zamin Əliyev sözügedən vilayətin valisi Hayrettin Çiçek və Ərdahan Universitetinin rektoru Öztürk Emiroğlu ilə görüşmüşdür. Görüşlər zamanı iki ölkə arasında münasibətlər, iş adamları arasında biznes forum və qarşılıqlı səfərlərin həyata keçirilməsi, Ərdahan universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.



