2025-09-18

İğdır vilayətində Dahi Bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş film gecəsi keçirilmişdir.

Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə 16 sentyabr 2025-ci ildə Azərbaycanda peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı proqramı çərçivəsində İğdırda yerləşən 100-cü il Xalq Kitabxanasında “O olmasın, bu olsun” filmi nümayiş olunmuşdur.

İğdır Universitetinin prorektoru və dövlət idarələrinin rəhbərlərinin də qatıldığı tədbirdə 70-ə yaxın iğdırlı iştirak etmişdir.

Arxiv üzrə axtarış