Zəfərin ruhunda birləşənlər.
16 sentyabr 2025-ci ildə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “İğdır Azərbaycan Evi”nin təşkilatçılığı, Naxçıvan və İğdırdan olan şəhid ailələri və qazilərin iştirakı ilə İğdır şəhərində "Zəfərin ruhunda birləşənlər" adlı tədbir keçirilmişdir.
44 günlük Vətən müharibəsi ilə bağlı hazırlanmış qısa video-çarxla başlayan tədbirdə İğdır valisinin müavini Abdurrahman Çelebi (vali İğdırda deyildi), İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid atası Mayıs Gülməmmədov, “İğdır Şəhid Ailələri Dayanışma Dərnəyi”nin rəhbəri Ahmet Akdeniz, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Naxçıvan MR Ali Məclisinin deputatı Üzeyir Məmmədov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxış etmişlər. Tədbirdə İğdır vilayətinin rəsmiləri və sakinləri, məktəb şagirdləri, KİV nümayəndələri iştirak etmişlər.






