2025-09-10

Qarsda Dahi Bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş film gecəsi keçirilmişdir.

Qafqaz Universiteti Azərbaycanlı Tələbə Birliyinin təşkilatçılığı, Qars Bələdiyyəsi və Baş Konsulluğun dəstəyi ilə Azərbaycanda peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı proqramı çərçivəsində Qarsda yerləşən Atatürk Parkında Arşın mal alan filmi nümayiş olunmuşdur.

Qars Bələdiyyəsinin sədri Ötüken Sengerin də qatıldığı tədbirdə 100-dən çox qarslı iştirak etmişdir. Film nümayişi zamanı izləyicilərə çay, su və təamlar təqdim edilmişdir.

 

Arxiv üzrə axtarış