2019-04-17
Biz artıq 10.000.000-nuq!

Müasir Azərbaycan öz müstəqilliyi ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir.

            XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu.

Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz ulu

öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü

problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. İlk növbədə, dövlət

müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün ölkə daxilində siyasi sabitliyin

bərqərar olması təmin edildi.

Bundan başqa, demoqrafiq tarazlığın bərqərar edilməsi də məhz həmin dövrlərə təsadüf etməkdədir. Ümummillin lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ölkəmizdə genişmiqyaslı islahatların başladılmasına, cəmiyyətimizin yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdı. Ulu öndərin rəhbərliyi ilə Respublika əhalisinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təhsil səviyyəsinin yüksələn xətlə inkişaf etməsi, o cümlədən insan hüquqları, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər,ekologiya, gender və digər sahələrin dinamik inkişafı üçün bir sıra zəruri tədbirlər görüldü ki, bu da öz növbəsində Azərbaycan xalqında gələcəyə inam yaratdı.

Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi

nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərarlar, yeni evlənmiş  ailələrlərə qarşı dövlət qayğısı əhalinin etibarlı sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsinə gətirib çıxarmaqdadır.

Həmin siyasətin nəticəsidir ki, bugün Azərbaycanda əhalinin sayı 10 milyon nəfərə çatıb. 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Bu munasibətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşağın valideynləri ilə yanaşı Azərbaycan xalqını da təbrik ediblər.

Mövzu ilə birbaşa əlaqədar olduğu üçün bildirməliyik ki, Azərbaycan əhalisinin sayı 2010-cu il tarixdə 9 milyon olmasına baxmayaraq son 9 ildə əhalinin sayı 1 milyon artmışdır. Bundan başqa qeyd edək ki, Azərbaycanda əhalinin sayı son 15 ildə 1,7 milyon artımışdır. Bu bir daha sübut edir ki, bütün sahələrdə olduğu kimi əhali artımının inkişafı istiqamətində də Azərbaycan dövlətinin məqsədyönlü siyasəti və xüsusi qayğısı nəticəsində yarana biləcək bütün əngəllər aradan qaldırılmış və hər cür hüquqi-praktik şərait təmin edilmişdir.

 

    Türkiyə Respublikasının Qars şəhərində

Azərbaycan Respublikasının Baş Konsulluğu

növbəti xəbər əvvəlki xəbər