2018-03-16
Miqrasiya üzrə Beynəlxalq Yay Məktəbi

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyindən daxil olmuş məlumatda, cari ilin 1-7 iyul tarixlərində Qax rayonunda Avropa İttifaqı tərəfindən maliyyələşən “Support to Implementation of the Mobility Partnership with Azerbaijan”- MOBILAZE və “Sustaining Migration Managment in Georgia” – ENIGMMA 2 layihələri çərçivəsində “Miqrasiya üzrə Beynəlxalq Yay Məktəbi”nin keçiriləcəyi qeyd olunmuşdur.

Bildirilir ki, yay məktəbində xaricdə miqrasiya və ya oxşar sahədə təhsil alan təqribən 5 azərbaycanlı tələbənin iştirakı da təşviq edilir. İştirak etmək istəyən tələbələr aşağıda qeyd olunan elektron keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər.

http://www.enigmma.ge/news/icmpd-international-summer-school-on-migration

İştirakı təşkilatçılar tərəfindən təsdiq olunacaq tələbələrin beynəlxalq nəqliyyat və qalma xərcləri BMqT tərəfindən ödəniləcəkdir.

növbəti xəbər əvvəlki xəbər