2018-03-04
Azərbaycan nümayəndə heyəti Qarsa gəlib

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Türkiyə Respublikasının Qars vilayətində olublar. 
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümovu Qars hava limanında Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev, Türkiyə Respublikası Qars vilayətinin valisi Rahmi Doğan və digər rəsmilər qarşılayıblar. 
Azərbaycandan gələn nümayəndə heyəti və Türkiyədən olan rəsmilər ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu vilayətdə yerləşən əzəmətli abidəsi önünə gül dəstələri qoyublar. 
Rəsmilər, daha sonra Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunu ziyarət ediblər. Onların şərəfinə Baş Konsulluğumuzda çay süfrəsi təşkil olunub.

növbəti xəbər əvvəlki xəbər