2016-12-29
Dünya Azərbaycanlılarının həmrəylik günü Qarsda qeyd olunub.

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yerləşən Heydər Aliyev adına Litseydə “Heydər Əliyev və Dünya Azərbaycanlıları” mövzusunda mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Qars Baş konsulu Nuru Quliyev, Baş konsulluğun diplomatik heyəti, Heydər Əliyev Litseyinin müəllim kollektivi, Qars Qafqaz Universitetinin Azərbaycandan olan tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

            Sonra ümümdünya Azərbaycanlılarının Həmrəylik günü ilə yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Nuru Quliyev,  Heydər Əliyev Litseyinin Direktoru Rəcəb Uğurluel, Qafqaz Universiteti müəllimi Doç. Dr. Ellada Gərayzadə, Heydər Əliyev Litseyinin Tarix müəllimi Gökay Şimşir, həmin litseyin ədəbiyyat müəllimi Abdullah Dumanın çıxışları dinlənib. Bununla yanaşı Heydər Əliyev Litseyinin şagirdləri şeir oxuyublar.

Baş konsul diqqətə çatdırıb ki, Azərbaycan xalqı müstəqilliyimizin bərpasından sonra çox çətin sınaqlar qarşısında olub. Xalqın birliyə və həmrəyliyə ehtiyacı olduğu bu günlərdə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ikən Ulu öndər Heydər Əliyev imzaladığı “Dünya Azərbaycanlılarının həmrəyliyi ve birliyi haqqında”kı qanunla dünya Azərbaycanlıları üçün müqəddəs bayram olan həmrəylik gününü Azərbaycanın Dövlət bayramı halına gətirdi. Bu qərarıyla dünya Azərbaycanlılarının gələcəyinə inam və ümid işiqları yandırdı

Çıxışlarda Həmrəylik gününün xalqımızın birlik şüarının sembolik günü olduğu vurğulanıb. Gün keçdikcə daha da sürətlə inkişaf edən müstəqil Azərbaycan Respublikasının isə bütün dünya Azərbaycanlıları üçün cazibə mərkəzi halına çevirlidiyi və dünyanın hər köşəsinindən səsi gələn xalqımızın Azərbaycançılıq şüarı ətrafında milli birlik və həmrəylik sərgiləyərək, bütün bacarıqlarını bu ulu hədəf uğrunda səfərbər etdikləri diqqətə çatdırılıb.

Mərasim bədii hissə ilə davam etdirilib.

növbəti xəbər əvvəlki xəbər

bakushop