2016-12-12
Ümummili liderin əziz xatirəsi Türkiyənin Qars şəhərində ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunda Azərbaycan Respublikasının mərhum prezidenti, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Tədbir iştirakçıları Qars şəhərində yerləşən ulu öndər Heydər Əliyev Parkında ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Baş Konsulluğun binasında davam etdirilmişdir.

Mərasimdə Ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Baş konsulluğun əməkdaşları, Qars vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrində xidmət edən hərbçilər, Türkiyə və Azərbaycandan olan ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Qars vilayətinin valisi Rahmi Doğan, hərbi hissə komandanı, general-mayor Turan İnan, Qafqaz Universitetinin rektoru Sami Özcan, və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə ilk olaraq Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardında hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir. Baş konsul Nuru Quliyev çıxış edərək, Xalqımızın böyük şansı, həyatını  Azərbaycanın tərəqqisinə həsr etmiş bu dahi şəxsiyyətin vəfatından on üç il ötməsinə baxmayaraq bir an belə unudulmadığını xüsusiylə vurğulayıb. O bildirib ki, Azərbaycanın bugünki inkaşıfının təməlində məhz Heydər Əliyevin iti zəkası, uzaq görənliyi və müdrik siyasəti dayanır.

Bugün dünyanın hər bir nöqtəsində Heydər Əliyev şəxsiyyətinin anılması, onun itkisinin yalnız cismani olduğunu bir daha sübuta yetirdi. Bugün uğurlu gələcəyə addımlanan hər bir yol onun uzaq görən zəkası sayəsində işıqlanmaqdadır. 

növbəti xəbər əvvəlki xəbər