Pasport Məsələləri

Baş Konsulluq xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasport vermir. Buna baxmayaraq, Baş Konsulluq Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə, pasportların yenisi ilə əvəz olunmasında yardım göstərir.

Müraciət etmə qaydaları

Yeni pasport almaq üçün müraciət edən şəxslər öz sənədlərini Baş Konsulluğa gətirməlidir. Qəbul olunmuş sənədlər daha sonra Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərilir və yeni pasport hazır olan zaman Qarsdakı Baş Konsulluğa göndərilir. Yeni pasportun alınması müddəti adətən iki aydan üç ayadək çəkir.

Pasportların yenisi ilə əvəz olunması/dəyişdirilməsi üçün sənədlərin şəxsən təqdim olunması tövsiyə olunur.

 Pasportun dəyişdirilməsi üçün lazım olan sənədlər

Pasportun dəyişdirilməsi üçün müraciət edən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Müddəti bitmiş pasport (əsli)
2. Pasport ölçülü dörd ədəd fotoşəkil (donuq) 
3. Ərizə-anket (Ərizə-anketin nümunəsi)
4. Yeni pasportun alınması üçün Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğuna əl ilə yazılmış ərizə-müraciət (Ərizənin nümunəsi)

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun hesabına ödənilən konsulluq rüsumu: 40 ABŞ doları

Müddəti bitmiş Azərbaycan Respublikası pasportlarının vaxtı uzadıla BİLMƏZ. 

Qeyd: Daxili İşlər Nazirliyinin Pasport Agentliyinə dövlət rüsumu ərizəçinin qohumu/nümayəndəsi tərəfindən Azərbaycanda ödənilməlidir.

Azərbaycandan kənarda anadan olmuş uşaqlar

Xaricdə anadan olmuş uşaq valideynlərinin razılıq məktubları əsasında valideyninin pasportuna əlavə edilə bilər. Bunun üçün Baş Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
 
- uşağın valideynlərinin pasportları və yaxud şəxsiyyət vəsiqələri
- uşağın doğum haqqında şəhadətnaməsinin əsli və fotosurəti 
- uşağın 2 ədəd pasport ölçülü fotoşəkli 
- nigah haqqında şəhadətnamənin əsli və fotosurəti 
- uşağın valideynlərinin müraciət və razılıq barədə ərizələri 

 Pasport almaq üçün

Pasport almaq üçün 2