İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İkitərəfli ümumi siyasi məsələlər

2015-ci ilin yanvar ayının 08-də Qars vilayətinə daxil olan Arpaçay rayonunun kaymakamı (icra başçısı) Faruk Erdem və bələdiyyə rəhbəri E.Altay Baş konsulluğa gələrək Baş Konsul A.Süleymanlı ilə nəzakət görüşü keçirmişlər. Görüş zamanı F.Erdem və E.Altay A.Süleymanlını Arpaçay rayonuna dəvət etmişlər. Belə ki, 10 fevral tarixində Baş Konsul Arpaçay rayonuna səfər etmişdir.

Görüş zamanı F.Erdem Arpaçay rayonu və rəhbərlik etdiyi qurum tərəfindən rayonda görülən işlər haqqında məlumat vermiş, Arpaçay rayonunun Türkiyə ilə Ermənistan arasında sərhəd bölgəsinin olduğunu və bu bölgənin strateji baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Sonra natiq Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq əlaqələrindən danışmışdır. Bundan əlavə natiq  Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” adlı şüarını dilə gətirərək, Ulu Öndərimiz və onun layiqli davamçısı olan Möhtərəm Prezident cənab İlham Əliyevin iki ölkə arasında mövcud olan əlaqələrin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.

Öz növbəmdə Baş Konsul ölkəmizlə qardaş Türkiyә Cümhuriyyəti ilə mövcud olan münasibәtlәrə xüsusi önәm verdiyimizi, ümummilli liderimiz Heydәr Әliyev və Möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən Bakı-Tibilisi-Ceyhan әsas ixrac neft boru xәtti, Bakı-Tibilisi-Әrzurum qaz boru xәtti və Bakı-Tibilisi-Qars dәmir yolu kimi iri layihələrdən söz açaraq, bu layihələrin ölkәlәrimiz üçün daha da böyük faydanın gətirəcəyini bildirdim. Bundan əlavə respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında və münaqişə nəticəsində işğal altında qalmış torpaqlarımızın azad edilməsi yolunda Azərbaycanın apardığı sülhsevər siyasəti haqqında həmsöhbətlərə məlumat vermişdir.

Sonra görüş Arpaçay Bələdiyyəsinin binasında davam etmişdir. Görüşün əvvəlində E.Altay çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında mövcud olan münasibətlərin möhkəmliyindən və əlaqələrimizin yüksələn xətlə davam etdiyindən danışmışdır. E.Altay XİX-XX əsirlərdə erməni qəsbkarları tərəfindən Qars, o cümlədən Arpaçay rayonu ərazisində türk millətinə qarşı törətdikləri vəhşiliklərdən söz açmışdır. Əlavə olaraq həmsöhbət Naxçıvan Muxtar Respublikasına etdiyi ziyarətdən, o cümlədən orada aparılan tikinti-abadlıq işlərindən məmnun olduğunu bildirmişdir. Görüşdə Arpaçay rayonunu rəhbəri F.Erdem və bələdiyyə üzvləri iştirak etmişlər. Görüşün sonunda A.Süleymanlı tərəfindən kaymakam F.Erdem və bələdiyyə rəhbəri E.Altaya türk dilində nəşr olunmuş Ulu Öndər Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və yaradıcılığından bəhs edən “Büyük İnsanların Yaşamı” adlı kitablar, Azərbaycan və Naxçıvan MR-nın əks etdirən təbliğat materialları  hədiyyə edilmiş, xatirə fotoşəkilləri çəkilmişdir.

2015-ci ilin 17 fevral tarixində Baş Konsul Ayxan Süleymanlı Qars vilayətinə yeni təyin olunmuş Əmniyyət müdiri (polis rəisi) Faruk Karadumanı  ziyarət edərək onunla tanışlıq görüşü keçirmişdir. Görüşün əvvəlində Baş Konsul F.Karadumanı yeni təyinatı münasibəti ilə təbrik edərək, ona şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulamışdır. Buna cavab olaraq F.Karaduman bu təbrikə görə öz dərin minnətdarlığını bildirmişdir.

Söhbət zamanı F.Karaduman öz haqqında qısa məlumat vermiş, Qars vilayətindən öncə İstanbil şəhərində polis sistemində müxtəlif vəzifələrində çalışdığını bildirmişdir. Öz növbədə Baş Konsul A.Süleymanlı görüşdə F.Karadumana respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu barədə həmsöhbətə məlumat vermişdir.

Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri müzakirə olunmuş, dünyada baş verən siyasi-ictimai və sosial-iqtisadi vəziyyət haqqında fikir mübadiləsi aparılmışdır.

2015-ci ilin 23 fevral tarixində Baş Konsul Ayxan Süleymanlı Qars vilayətinə yeni təyin olunmuş başsavcı (prokuror) Serdar Durmuşu  ziyarət edərək onunla tanışlıq görüşü keçirmişdir. Görüşün əvvəlində Baş Konsul S.Durmuşu yeni təyinatı münasibəti ilə təbrik edərək, ona şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulamışdır. Öz növbəsində S.Durmuş bu təbrikə görə öz dərin minnətdarlığını bildirmişdir.

Söhbət zamanı S.Durmuş öz haqqında qısa məlumat vermiş, Qars vilayətindən öncə Türkiyənin Kocaeli vilayətinin Gölcük ilçəsi (rayon) prokuroru vəzifəsində çalışdığını bildirmişdir.

Görüş zamanı Baş Konsul S.Durmuşa  respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu barədə həmsöhbətə məlumat verdim. Öz növbəsində S.Durmuş Azərbaycan, o cümlədən ölkə paytaxtı Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasını ziyarət etmək arzusunda olduğunu bildirmişdir.

Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri müzakirə olunmuşdur.

27  fevral tarixində Baş Konsul Ayxan Süleymanlı Qars vilayətinə yeni təyin olunan Ağır Cəza Məhkəməsinin Sədri İrfan Ünüvarı ziyarət edərək, onunla tanışlıq görüşü keçirmişdir.

Görüşün əvvəlində  İ.Ünüvarı yeni təyinatı münasibəti ilə təbrik edərək, ona şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzuladım. Öz növbəsində İ.Ünüvar bu təbrikə görə öz dərin minnətdarlığını bildirmişdir.

Söhbət zamanı İ.Ünüvar öz haqqında qısa məlumat vermiş, Qars vilayətindən öncə Türkiyənin İzmir vilayətinin Selçuk (rayon) Ağır Cəza Məhkəməsinin Sədri vəzifəsində çalışdığını söyləmişdir.

Görüş zamanı  İ.Ünüvara respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu barədə həmsöhbətə məlumat verdim. Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri müzakirə olunmuş, dünyada baş verən son proseslər haqqında fikir mübadiləsi aparılmışdır.

2015-ci ilin fevral ayında Baş Fariz Cəfərov İqdır vilayəti valisinin müavini Muhlis Arslan ilə Valilik binasında nəzakət görüşü keçirmişdir.

Həmsöhbətlə görüş zamanı konsulluq əməkdaşı respublikamızda bütün sahələrdə, o cümlədən iqtisadi sahədə gedən inkişaf proseslərindən, ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzundan söz açmış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında və münaqişə nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda Azərbaycanın apardığı siyasət haqqında məlumat vermişdir.

Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan sıx əməkdaşlıq əlaqələrindən söhbət açılmış, eləcədə cari ilin iyun ayında Türkiyədə keçiriləcək parlament seçkiləri haqqında fikir mübadiləsi aparılmışdır. Vali müavini M.Arslan Naxçıvan Muxtar Respublikasına ilk səfər etdiyini, Naxçıvanın gözəlliyi, özünəməxsus hərtərəfli və dinamik inkişafının valehedici olduğunu diqqətə çatdırmışdır. Gələcəkdə Azərbaycan, o cümlədən ölkə paytaxtı Bakı şəhərini ziyarət etmək arzusunda olduğunu bildirmişdir.

Baş Konsulluq Türkiyənin Qars şəhərindəki mərkəzi prospektlərdən birinə Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin adının verilməsi məqsədilə Qars vilayətinin valiliyi və Qars şəhər bələdiyyəsinin rəhbərliyi qarşısında məsələ qaldırmış və tərəfimizdən həmin qurumlara 19.02.2015-ci il tarixində məktub  göndərilmişdir. Göndərilmiş məktubumuza cavab olaraq 16.03.2015-ci il tarixində Qars bələdiyyəsi tərəfindən daxil olmuş məktubda Qars şəhərindəki mərkəzi prospektlərdən biri sayılan Ordu caddesinin  (prospekti) adı dəyişdirilərək, Ulu Öndərimizin adının verildiyi barədə qərar qəbul olunduğu bildirilmişdir. Belə ki, həmin qərar bələdiyyə məclisində səsvermə nəticəsində baş tutmuşdur. Səsvermədə 25 nəfər bələdiyyə məclis üzvləri iştirak etmiş, onlardan 21 nəfəri lehinə, 4 nəfəri isə əlehinə səs vermişlər. Bildirmək istərdik ki, əlehinə səs verən bələdiyyə məclis üzvləri  keçmiş Barış Demokratik Partiyasının (BDP) nəzdində yaradılan Halkların Demokratik Partiyasının (HDP) üzvləridir.

2015-ci ilin 09 aprel tarixində Baş Konsul Ayxan Süleymanlı Qars vilayətinə yeni təyin olunmuş İl Jandarma Komutanı (hərbi polis rəisi) Murat Kınayı  ziyarət edərək onunla tanışlıq görüşü keçirmişdir. Görüşün əvvəlində M.Kınayı yeni təyinatı münasibəti ilə təbrik edərək, ona şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzuladım. Öz növbəsində M.Kınay bu təbrikə görə öz dərin minnətdarlığını bildirmişdir.

Söhbət zamanı M.Kınay rəhbərlik etdiyi qurum haqqında və onun fəaliyyəti barəsində qısa məlumat vermişdir. Öz növbədə Baş Konsul M.Kınaya respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu barədə həmsöhbətə məlumat vermişdir.

Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq müzakirə olunmuş, dünyada baş verən siyasi-ictimai və siyasi-iqtisadi vəziyyət haqqında fikir mübadiləsi aparılmışdır.

2015-ci ilin 04-08 may tarixlərində Azərbaycan Mətbuat Şurasının, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Türk İş Adamları və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatorluğunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, TRT-nin və “Anadolu” Agentliyinin Bakı nümayəndəliklərinin birgə reallaşdırdıqları Türkiyə-Azərbaycan Media Əməkdaşlıq layihəsi (TAMEP) çərçivəsində Azərbaycanın bir sıra qəzet və informasiya agentliklərinin jurnalistlərindən ibarət bir qrup Türkiyənin Ərzurum, Qars və İğdır şəhərlərinə səfər etmişlər.

Səfərin məqsədi Türkiyənin ötən əsrin əvvəllərində erməni vəhşiliklərindən əziyyət çəkmiş bölgələrə ziyarət,  yerli KİV-lərin mövzu ilə bağlı fəaliyyət istiqamətlərini öyrənməkdən, elm və tədris müəssisələri eləcədə dövlət qurumlarında “erməni soyqırımı”nın qondarma mahiyyətinin sistemli tədqiqinə yönələn işlərlə tanış olmaqdan ibarət olmuşdur         Qeyd etək istərdik ki, Qars şəhərinə etdiyi səfər çərçivəsində jurnalistlər Qars vilayət vlisinin müavini (vilayət valisinin Qarsda olmadığı səbəbindən), Qars şəhər bələdiyyəsinin rəhbəri Murtaza Karaçanta, Qars Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşlər keçirmişlər.

Səfər zamanı jurnalistlər Baş Konsulluğu ziyarət edərək Baş Konsul Ayxan Süleymanlı ilə də görüş keçirmişlər. Görüş zamanı Baş Konsul jurnalistləri salamlayaraq onu ziyarət etdiklərinə görə öz təşəkkürünü bildirmişdir. Sonra APA informasiya agentliyinin müxbiri Fərid Mirzəyevin xahişinə əsasən Baş konsul APA İA-nə müsahibə vermişdir. Sonda Konsulluq adından qonaqlara ziyafət verilmişdir.

08.05.2015-ci il tarixdə, Ardahan vilayətinin valisi Ahmet Deniz, İqdır vilayətinin valisi Davut Taner Qars şəhərinə etdiyi səfər çərçivəsində Qars vilayətinin valisi birlikdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Ayxan Süleymanlını ziyarət etmişlər.

İlk öncə görüşün əvvəlində A.Süleymanlı bu ziyarətə görə valilərə öz dərin təşəkkürünü bildirmişdir. Görüş zamanı Baş Konsul respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu barədə həmsöhbətlərə məlumat vermişdir. Bundan əlavə görüşdə Bakı-Tbilisi-Qars dəmir yol xəttində gedən işlər, gələcək illərdə Qars-İqdır-Naxçıvan dəmir yolu və Qarsdan İqdır vasitəsilə Naxçıvan Muxtar Respublikasına qaz xəttinin çəkilməsi, Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq məsələləri müzakirə olunmuş, eləcədə dünyada baş verən siyasi-ictimai və siyasi-iqtisadi vəziyyət haqqında fikir mübadiləsi aparılmışdır.

Sonra Baş Konsul Ayxan Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində gedən işlər ilə maraqlanaraq, Qars vilayətinin valisi Günay Özdemirdən bu hissənin nə zaman bitəcəyini soruşmuşdur. G.Özdemir suala cavab verərək, bu xəttin 2015-ci ilin sonu-2016-cı ilin 1-ci rübündə istifadəyə veriləcəyini bildirmişdir. Həmçinin Baş Konsul Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyi ilə yanaşı Qars dəmir yol vağzalının ərazisində yüklərin saxlanılması üçün anbarın tikilib istifadəyə verilməsinin vacibliyini vurğulamışdır.

Bundan əlavə Baş Konsul Qars-İqdır-Naxçıvan dəmir yolunun layihəsinə toxunaraq, bu xəttin gələcəkdə Türkiyənin İran dəmir yolu ilə birləşəcəyini və bu layihənin Türkiyə dövləti üçün böyük əhəmiyyət daşıyacağını diqqətə çatdırmışdır.

28.09.2015-ci il tarixdə, AKP (Ədalət və İnkişaf Partiyası) və CHP-nin (Cumhuriyyət Xalq Partiyası) millət vəkilliyinə olan namizədlər Ahmet Arslan, Yusuf Selahattin Beyribey, Suat Ögel (AKP), Selami Yiğit (CHP) və onları müşayiət edən nümayəndə heyəti öz xahişləri əsasında Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Ayxan Süleymanlını ziyarət edərək onunla görüş keçirmişlər.

İlk öncə A.Süleymanlı ziyarətə görə millət vəkilliyinə olan namizədlər və onlar ilə birlikdə gələn qonaqlara öz dərin təşəkkürünü bildirmişdir. Görüş zamanı Baş Konsul Respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu, eləcədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə nəticəsində işğal olunmuş Azərbaycan torpaqları və öz əzəli torpaqlarından ermənilər tərəfindən didərgin edilmiş bir milyondan artıq qaçqınlarımız barədə həmsöhbətlərə məlumat vermişdir. Bundan əlavə görüşdə Türkiyə-Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq məsələləri müzakirə olunmuş, dünyada, o cümlədən Türkiyədə baş verən baş verən siyasi-ictimai və siyasi-iqtisadi vəziyyət və son terror hadisələri haqqında, həmçinin 2015-ci ilin noyabr ayında Türkiyə və Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair fikir mübadiləsi aparılmışdır.

19.10.2015-ci il tarixdə, Gürcüstan Respublikasının Türkiyə Respublikasının Trabzon şəhərindəki Baş konsulu Aftandil Mikatsadze öz xahişi əsasında və onu müşayiət edən müavini Qeorqiy Quşitaşvili Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Ayxan Süleymanlını ziyarət edərək onunla nəzakət görüş keçirmişdir.

İlk öncə A.Süleymanlı ziyarətə görə qonaqlara öz dərin təşəkkürünü bildirmişdir. Görüş zamanı Baş Konsul Respublikamızda gedən inkişaf proseslərindən, o cümlədən ölkəmizin dünyanın siyasi arenasında artan nüfuzu, eləcədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə nəticəsində işğal olunmuş Azərbaycan torpaqları və öz əzəli torpaqlarından ermənilər tərəfindən didərgin edilmiş bir milyondan artıq qaçqınlarımız barədə həmsöhbətlərə məlumat vermişdir. Bundan əlavə görüşdə Gürcüstan- Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, mədəni və dostluq məsələləri müzakirə olunmuş, o cümlədən dünyad baş verən baş verən siyasi-ictimai və siyasi-iqtisadi vəziyyətə dair fikir mübadiləsi aparılmışdır.

Dostluq və mehribanlıq şəraitində keçən görüşün sonunda Baş Konsul A.Mikatsadzenin xahişini nəzərə alaraq, müavini və Baş Konsulluğun əməkdaşları ilə birlikdə  Qars şəhəri Ərzurum küçəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Ziyarət zamanı A.Mikatsadze büstün önünə öz adından  gül dəstələri qoymuş, ardından birgə xatirə fotoşəkili çəkilmişdir.

İqtisadi məsələlər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlmişdir.

İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.

Həmin gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşmüşdür.Görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edildi. Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra  Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qardaş Türkiyədə yenidən olmağından, qədim türk torpağı Qarsa gəlməkdən qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, həmçinin Qarsda Ümummilli Liderin xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirdi. Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini diqqətə çatdırdı. Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin açılışı münasibətilə təbriklərini çatdırdı. Yüksək standartlara uyğun inşa edilən bu məktəbin tikintisində əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.
Səfər çərçivəsində Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.Daha sonra  Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Sonra TANAP boru kəmərinin təməli qoyuldu.

18.10.2015-ci il tarixdə  Türkiyənin Ardahan vilayətində yerləşən və təməli 2013-cü ildə atılmış Çıldır-Aktaş Gömrük Nəzarət Məntəqəsi inşa edilərək istifadəyə verilmişdir. Gürcüstanın Cavaxet bölgəsi (Cavaxet bölgəsi ermənilərin kompakt yaşadıqları yerdir) ilə Ardahan vilayətini birləşdirən yeni məntəqənin açılış mərasimində Türkiyənin Gömrük və Ticarət naziri Cenap Aşçı təməli 2 il bundan əvvəl atılmış gömrüyün Türkiyə, xüsusilə də Ardahan üçün böyük əhəmiyyət kəsb etdiyini və ticarət sahəsində Gürcüstanla əməkdaşlıq üçün yaxşı şəraitin yaradıldığını qeyd etmişdir. Tədbirdə Türkiyənin Gömrük və Ticarət naziri Cenap Aşçı, Mədəniyyət və Turizm naziri Yalçın Topçu, Ardahan vilayətinin valisi Ahmet Deniz, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu, Gürcüstanın  Maliyyə naziri  Nodar Khaduri, Gürcüstanın Ankara şəhərindəki və Türkiyənin Tbilisi şəhərindəki  səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bundan əlavə 19.10.2015-ci il tarixdə  Türkiyə ilə Azərbaycan Respublikası arasında ticari əlaqələrini daha da inkişaf etdirmək məqsədilə modernizasiya işləri aparılan Dilucu Sərhəd Nəzarət Mətəqəsinin açılış  mərasimi təşkil edilmişdir.

Tədbirdə Türkiyənin Gömrük və Ticarət naziri Cenap Aşçı, Türkiyənin əvvəlki Gömrük və Ticarət naziri Hayati Yazıcı, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu, İqdır valisi Davut Haner, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Nihat Erşen,  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev,  Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədrinin müavini Səhət Həbibbəyli, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin ikinci katibi Nadir Cəfərov, Azərbaycan Respublikasının Qars şəhərində Baş Konsulluğun vitse-konsulu  Fariz Cəfərov və  ictimaiyyət nümayəndələri iştirak etmişlər.

02.12.2015-ci il tarixdə Baş Konsul Ayxan Süleymanlı “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin Türkiyə hissəsində aparılan işlərin cari vəziyyətinin öyrənilməsi məqsədilə işlərin podrastçısı  “Bayçel” şirkətinin Qars vilayətinin Arpaçay rayonundakı ofisinə gedərək, layihənin icraçı direktoru Kayserşah Erdem ilə görüş keçirmişdir. Görüş əsnasında A.Süleymanlı K.Erdemdən görülmüş işlər haqqında ətraflı məlumat istəmişdir. K.Erdem öz növbəsində “Bakı-Tiblisi-Qars” dəmir yol xəttinin inşasını xəritə və fotoslaytlarla izah edərək, 2007-ci ildən indiyə qədər görülmüş işlər barədə geniş məlumat vermişdir. Belə ki, K.Erdem işlərin Türkiyə hissəsinə aid 79 kilometrlik ərazidə (öncə 76 kilometr təşkil edirdi) “Bayçel” şirkəti adı altında müştərək olaraq sonuncu tenderi qazanan “Özgün Yapı” və “Çeliklər” şirkətləri tərəfindən görüldüyünü bildirmişdir. Natiq bu 79 kilometrlik əraziyə Canbaz sərhəd dəmir yol stansiyasının tikintisi,  8.5 kilometrlik qazma tuneli və 11.05 kilometrlik açıq tunelinin alt hissəsində betonlaşdırma işlərin aparılması, dəmir yol relslərinin döşənilməsi və 322 metrlik uzunluğunda dəmir yol körpüsünün (viaduk) inşa edilməsinin daxil olduğunu qeyd etmişdir.

K.Erdem Türkiyə ərazisində aparılan işlərdə mövcud olan ləngimələrə toxunaraq, bunun 2012-2014-cü illər ərzində müştərək olaraq “Bayçel” adı altında tenderi qazanan şirkətlər ilə tenderi uduzmuş şirkətlər arasında yaranan problemlər və bu problemlərin məhkəmədə uzun müddət ərzində baxılması nəticəsində 20 aydan artıq olaraq işlərin tam dayandırılması, həmçinin Türkiyənin şimal-şərq bölgəsinə has olan sərt iqlim hava şəraitinin (xüsusən qış aylarında), eləcədə ərazinin coğrafi relyef və marşrutu ilə bağlı olduğunu vurğulamışdır.

A.Süleymanlı Türkiyə tərəfinə aid olan hissənin təxminən 85%-nin tamamlandığını, yerdə qalan hissənin isə cəmi 15% təşkil etdiyinə dair verdiyi məlumata əsaslanaraq K.Erdemdən bunun tam açıqlamasını istəmişdir. Natiq Baş konsulun sualına cavab olaraq işlərin 85%-nin icra olunduğunu dedikdə, layihəyə ayrılmış ümumi maliyyənin 85%-nin  layihənin icrası üçün xərcləndiyini nəzərdə tutduqlarını bildirmişdir. Layihənin fiziki baxımından icrasına gəldikdə isə tikinti şefi işlərin bu günə qədər 70%-nin görüldüyünü diqqətə çatdırmışdır.

Bundan əlavə Baş Konsul K.Erdemden “Azərinşaat” MMC-nin sifarişinə əsasən “Bayçel” şirkəti tərəfindən Gürcüstanın 1830 metrlik qazma tunel ilə bağlı aparılan işlərlə maraqlanmışdır. K.Erdem cavab olaraq “Bayçel” şirkəti tərəfindən Gürcüstanın 1830 metrlik hissəsində hal-hazırda tunelin və dəmir yol stansiyasının tikintisi, həmçinin dəmir yol relslərinin döşəməsində tamamlama işlərinin aparıldığını bildirmişdir.

Daha sonra Baş konsul Türkiyə tərəfində aparılan işlərin maddi baxımından hər-hansı bir problemin olub-olmadığına dair verdiyi suala cavab olaraq layihə direktoru bu məsələdə hal-hazırda heç bir problemin olmadığını və Türkiyə höküməti tərəfindən mütəmadi olaraq bu layihənin maliyyələşdirildiyini bildirmişdir.

Sonda A.Süleymanlı K.Erdemden aparılan işlərin tam olaraq nə zaman yekunlaşacağına dair verdiyi suala cavab olaraq layihə direktoru əsas işlərin 2016-cı ilin sonunda, digər tamamlama işlər isə (təhlükəsizlik, kommunikasiya, siqnalizasiya, havalandırma, işıqlandırma və sair.) 2017-ci ilin sonunda bitəcəyini bəyan etmişdir. Görüşdən sonra Baş Konsul “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin Türkiyə hissəsində aparılan işlərin bir qismi ilə tanış olmaq üçün inşa edilən tunellərə baxış keçirmişdir.

                                                                    Humanitar məsələlər

Novruz bayramı münasibətilə İqdır Valiliyi, İqdır Mədəniyyət və Turizm İdarəsi, İqdır Universiteti tərəfindən İqdır şəhərində bir sıra tədbirlər həyata keçirilmişdir.

 Belə ki, 20 mart 2015-ci il tarixdə İqdır şəhərində yerləşən İqdır şəhər Mədəniyyət Mərkəzində Novruz bayramı ilə bağlı elmi konfrans təşkil edilmişdir. Konfransa Azərbaycan Respublikasından və İran İslam Respublikasından elm adamları dəvət olunmuşdur. Konfransı giriş sözü ilə açan İqdır Universitetinin doçent Doktoru Türkan Qədirzadə qonaqları salamlayaraq, əcdadlarımızdan bizə yadigar qalan, ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Konfransda İqdır valisi Davut Haner, İqdır vilayəti Baş Prokroru Hacı Mustafa Yılmaz,İqdır vilayəti Polis İdarəsinin müdiri Yüksel Babal, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun İqdırdakı təmsilçisi Fariz Cəfərov, İqdır Universitetinin professor, müəllim və tələbə heyəti, yerli KİV-nin nümayəndələri, şəhər ictimaiyyəti iştirak etmişlər.

21.03.2015-ci il tarixdə İqdır Bələdiyyə binasının qarşısında yerləşən Mustafa Kamal Atatürkün heykəlinin önünə əkil qoyulmuş və Türkiyənin İstiqlal Marşı oxunmuşdur. Sonra Novruz şənliyi İqdırda yerləşən Zübeyda Xanım Bulvarında davam etmişdir. Novruz şənliyi Azərbaycan Respublikasından (Qars valiliyinin Baş Konsulluğa ünvanlanmış yazılı müraciətinə əsasən Naxçıvan MR-sı Dövlət Filarmoniyasının incəsənət nümayəndələri Novruz şənliklərinə qatılması üçün bizim vasitəmizlə İqdır vilayətinə gəlmələri təmin olunmuşdur), İran İslam Respublikasından və Gürcüstan Respublikasından dəvət olunmuş sənətçilərin musiqiləri və xalq oyunlarının ifası ilə davam etmişdir. Novruz şənliyi Türkiyənin məşhur sənətçisi Sümer Ezgünün bir-birindən gözəl nəğmələri ilə sona çatmışdır.

Tədbirdə İqdır valisi Davut Haner, İqdır valisinin müavini Muhlis Arslan,   İqdır vilayəti Baş Prokroru Hacı Mustafa Yılmaz, İqdır vilayəti Polis İdarəsinin müdiri Yüksel Babal, İİR-nın Urmiya vilayətinin Maku şəhər rəhbəri Şahin Əlizadə, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun İqdırdakı təmsilçisi, Batum bələdiyyəsinin sədri, Gürcüstanın Trabzon şəhəridəki konsulu, İqdır Universitetinin professor, müəllim və tələbə heyəti, yerli KİV-nin nümayəndələri, şəhər ictimaiyyəti, İqdırda yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı soydaşlarımız tədbirdə iştirak etmişlər

05 may 2015-ci il tarixində Baş Konsulluğun dəstəyi ilə Baş Konsulluğun əhatə dairəsinə daxil olan Ərzurum şəhərində yerləşən Ərzurum Atatürk Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin rolu” adlı konfrans və ardından olaraq yarışma keçirilmişdir.

Tədbirdə Azərbaycan Qars Baş Konsulu Ayxan Süleymanlı, Universitetin prorektoru prof. Mehmet Sadi Çögenli, Türkiyyat Araşdırmaları İnstitutunun müdiri prof. Çingiz Alyılmaz, universitetin professor-müəllim heyəti, universitetdə təhsil alan tələbələr iştirak etmişlər.

Konfransdan sonra N.Nəsibova Heydər Əliyevin yaradıcılığına həsr olunan yarışmanın nəticələrini elan etmişdir. Yarışmada qalib gələn tələbələr- Hatice Çelik, Elçin Kayaoğlu, Servet Bulut və Büşra Peker aktiv iştirak etdiklərinə görə müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutaraq maddi şəkildə  mükafatlandırılmışlar.

Tədbirin sonunda Atatürk Universitetində Azərbaycan dilinin öyrənən tələbələr tərəfindən Azərbaycan xalq mahnılarından parçalar ifa olunmuşdur.

09 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qars şəhərində Baş Konsulluğu tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Baş Konsulluq tərəfindən tədbir keçirilmişdir.

Ilk olaraq bildirmək istərdik ki, 08.05.2015-ci il tarixində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanlı Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü ilə bağlı mətbuat açıqlaması vermiş və həmin açıqlama ölkənin yerli KİV-də dərc olunmuşdur.

Tədbirin əvvəlində Qars şəhəri Ərzurum küçəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə Baş Konsulluğun adından çələng qoyulması mərasimi təşkil edilmiş, Ulu Öndər Heydər Əliyevin büstü önündə birgə xatirə fotoşəkili çəkilmişdir.  Sonra tədbir iştirakçıları Baş Konsulluğun konfrans salonunda təşkil olunan Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən fotostendə baxış keçirmiş, ardından süfrə arxasında Ümummilli Liderimizn xatirəsi anılmış və diskussiyalar aparılmışdır.

Tədbirdə Qars Qafqaz Universitetinin professor-müəllim heyəti, Baş Konsulluğun əməkdaşları, universitetdə təhsil alan azərbaycanlı tələbələr, Qarsda yaşayan soydaşlarımız və yerli KİV-nin nümayəndələri iştirak etmişlər. Tədbir yerli KİV-ri tərəfindən işıqlandırılmışdır.

10.05.2015-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününün 92-ci ildönümü ilə əlaqədar olaraq Baş Konsulluğumuzun dəstəyi, Türkiyə Azərbaycan Dərnəyinin (TAD) İqdır şöbəsi və İqdır - Azərbaycan Dil, Tarix və Mədəniyyət  Birliyini Yaşatma və Dəstəkləmə dərnəyinin təşkilatçılığı ilə İqdır şəhər mərkəzindəki Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyev abidəsinin önündə anma mərasimi keçirilmişdir. Anma mərasimi Heydər Əliyev abidəsinin önünə əklil və qərənfillərin qoyulması ilə başlanmışdır. Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ruhuna dualar oxumuş və abidə önündə xatirə şəkli çəkdirmişlər.

Tədbirdə İqdır vilayəti Polis İdarəsinin müdiri Yüksel Babal, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun İqdırdakı təmsilcisi Fariz Cəfərov İqdır - Azərbaycan Dil, Tarix və Mədəniyyət  Birliyini Yaşatma və Dəstəkləmə dərnəyinin sədri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dərnəyinin (TAD) İqdır şöbəsinin sədri Serdar Ünsal, İqdırda fəaliyyət göstərən QHT-lər, mətbuat və ictimaiyyətin nümayəndələri, İqdırda yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı soydaşlarımız iştirak etmişlər. Qeyd etmək istərdik ki, tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.

28 may Respublika gününün 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən 25 may 2015-ci il tarixində Qars şəhərində yerləşən Qars Qafqaz Universitetinin qonaq evinin ziyafət salonunda tədbir təşkil edilmişdir.

İlk öncə bu ilin may ayında Bakı şəhərində yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,  Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.

Mərasimdə Qars vilayətinin valisi Günay Özdemir, Qars şəhər bələdiyyəsinin rəhbəri Murtaza Qaraçanta, Qars vilayətinin Əmniyyət təşkilatının (Polis İdarəsi) müdiri Faruk Karaduman, Jandarma (Hərbi Polis İdarəsi) komandanı Murat Kınay, Qars vilayətinin Arpaçay rayonunu kaymakamı (icra başçısı) faruk Erdem, Qars vilayətinin Baş prokuroru Serdar Durmuş, məhkəmə sədri İrfan Ünüvar,  Qars vilayət və şəhərin digər rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, İqdır şəhərindən gələn ictimaiyyətinin nümayəndələri, kütləvi informasiya vasitələri, yerli ictimaiyyət nümayəndələri və Qars Qafqaz Universitetində çalışan azərbaycanlı müəllim-professor heyəti və təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Çıxışlardan sonra, mərasim iştirakçılarına Baş Konsulluq tərəfindən təşkil olunmuş rəsmi ziyafət verilmiş, tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikasından dəvət olunmuş Naxçıvan Dövlət Filarmoniyasının mədəniyyət xadimləri və Şərur Yallı Qrupunun heyəti qonaqlar qarşısında çıxış etmişlər.  Filarmoniyanın musiqi qurupu müxtəlif janrlarda musiqilər ifa etmiş, rəqs ansambılı isə Azərbaycan rəqsləri ilə tədbiri daha da canlandırmışlar. Qeyd etmək istərdik ki, Naxçıvandan gəlmiş mədəniyyət xadimlərinin ifası iştirakçılar tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.

Tədbir haqqında məlumat yerli və mərkəzi mətbuat orqanları tərəfindən geniş işıqlandırılmış və ölkəmizin Televiziya və Radio Verlişləri (AzTV) vasitəsi ilə tədbirin videoyazısından olan fraqmentlər yayımlanmışdır.

 2015-ci ilin 14 oktyabr tarixində Ərzurum şəhərində fəaliyyət göstərən Ərzurum Atatürk Universitetində 05 may 2015-ci il tarixində Universitetdə “Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin rolu” mövzusunda təşkil olunan konfransın yüksək peşəkarlıqla keçirilməsinə görə, tədbirin təşkilatçıları və məruzəçiləri Baş Konsulluq tərəfindən mükafatlandırılmışlar.

Mükafatların təqdimetmə mərasimində xatirə lövhələrini mükafatçılara təqdim edən Baş konsul Ayxan Süleymanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı tarixi xidmətlərindən, xalqlarımızın ümumi maraqlarını təmin edən bu böyük missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əməli nəticələrindən bəhs etmişdir.

2015-ci ilin 22 oktyabr tarixində Azərbaycan Qars şəhərində Baş Konsulluğu və Qars Qafqaz Universiteti ilə birlikdə Türkiyənin Qars şəhərində yerləşən Qars Qafqaz Universitetinin Necdət Leloğlu adına konfrans salonunda Universitetdə fəaliyyət göstərən Çağdaş Türk Ləhcələri ve Ədəbiyyatları fakültəsinin  Azərbaycan Dili və Ədəbiyyatı bölməsinin yaranmasının 10 illiyi münasibətilə "Beynəlxalq Azərbaycanşünaslıq: Keçmişi, Bugünü və Gələcəyi" adlı simpozium açılış mərasimi keçirilmişdir. Tədbirin açılışı Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsi ilə başlamışdır. Tədbir zamanı həmçinin Azərbaycan Dili və Ədəbiyyatı bölməsinin fəaliyyətini əks etdirən video və fotomateriallar nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycanın Qars şəhərində Baş konsulu Ayxan Süleymanlı Qars Ardahan Universitetinin rektoru professor Ramazan Korkmaz, Qars Qafqaz universitetinin rektoru professor Sami Özcan, Baş konsulluğun əməkdaşları, Azərbaycanın Bakı və Naxçıvan şəhərlərinin Milli Elmlər Akademiyası və universitetlərdə tarix, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat  və digər müxtəlif elmi-təhsil sahələrimizdə çalışan nümayəndə heyəti, universitetin professor-müəllim heyəti, azərbaycanlı və türk tələbələr, Gürcüstan və İrandan gələn müəllimlər iştirak etmişlər.

 10 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı tədbir həyata keçirmişdir.

Tədbir Qars şəhərinin Ərzurum küçəsində yerləşən Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması mərasimi ilə başlamışdır.

 Sonra Heydər Əliyevin anma mərasimi Qars şəhərində yerləşən “Anatolia” adlı ailəvi istirahət mərkəzinin toplantı salonunda davam etmişdir.

İlk öncə Ulu Öndərimiz və “Günəşli” neft platformasında baş verən yanğın nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş konsul A.Süleymanlı qonaqları salamlayaraq, mərasimdə iştirak etdikləri və Ümumilli Liderimizin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə öz dərin təşəkkürünü bildirmişdir. Baş konsul dahi insanın respublikamızın həm sovet ittifaqı tərkibində olduğu zaman, həm də yenidən müstəqilliyin əldə edilməsindən sonra ölkəmizə rəhbərlik etdiyi dövrlərdə respublikamızın hər tərəfli inkişafının təmin edilməsi istiqamətində Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən söz açmışdır.

Sonra söz Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən konservatoriyanın professoru-həmyerlimiz Rafiq İmraniyə verilmişdir. Öz çıxışında R.İmrani Ulu Öndərimizin respublikamızın yaşadığı çətin dövrlərdə parçalanması və xaosdan qurtardığını, ölkəmizin müstəqilliyini qoruyub-saxlanması, müasir və güclü dövlətin qurulmasında misilsiz xidmətlərin olduğunu vurğulamışdır.

Çıxışlardan sonra Qars şəhərində yerləşən “Həzrəti Əli Cami”nin İmamı Şeyx Behrem Geley tərəfindən Heydər Əliyevin və “Günəşli” neft platformasında baş verən yanğın nəticəsində həlak olan insanların ruhuna Müqəddəs Quran-i-kərimdən ayələr qonaqlar qarşısında oxunulmuşdur.

 Tədbirin sonunda qonaqlara Ulu Öndərimizə həsr olunmuş film nümayiş etdirilmiş, ardından Ulu Öndərimizin əziz ruhuna ehsan verilmişdir.

Mərasimdə Qars vilayətinin valisi Günay Özdemir, Qars şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars vilayətinin Əmniyyət müdiri (polis idarəsi) Faruk Karaduman, Qars vilayətinin  Jandarma alay komutanı  Murat Kınay, şəhərin digər rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbər, professor-müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, KİV-ri və yerli ictimaiyyət nümayəndələri, digər şəxslər iştirak etmişlər.

10.12.2015-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar olaraq Baş Konsulluğun İqdır bölməsi tərəfindən tədbir həyata keçirilmişdir. Tədbir İqdır şəhər mərkəzindəki Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyev abidəsinin önünə əklil və qərənfillərin qoyulması ilə başlanmışdır. Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və “Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna Müqəddəs Qurandan ayələr oxunulmuş, dualar edilmiş və abidə önündə xatirə şəkli çəkdirmişlər.

Tədbiri giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəyinin (TAD) İqdır şöbəsinin sədri Serdar Ünsal mərasimə gələn və göstərilən diqqətə görə bütün iştirakçılara təşəkkürlərini çatdırmışdır. S.Ünsal “Heydər Əliyev Azərbaycanı Qafqazın parlayan ulduzu etmişdir. O, dahi fikirləri və fəaliyyəti ilə  Azərbaycana  yol göstərmişdir. Türkiyə Azərbaycan qardaşlığına əhəmiyyət verərək "Bizlər iki dövlət tək millətik" demişdir. Azərbaycanı bölgədə ən güclü dövlət etmişdir. Bugün də hörmətli Prezident cənab  İlham Əliyev də Ulu Öndərin iziylə gedərək Azərbaycanı siyasi, iqtisadi, hərbi və digər sahələrdə güclü etmişdir.”-deyə vurğulamışdır.

Tədbirə gələn nümayəndələrə təşəkkür edən Baş Konsulluğun İqdır nümayəndəsi - vitse-konsul F.Cəfərov həmçinin ümummilli liderin Azərbaycan-Türkiyə əlaqələrindəki danılmaz rolundan bəhs etmiş və möhkəm təməllərə dayanmış əlaqələrin bir millət-iki dövlət prinsipinə əsaslanaraq bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Tədbirdə İqdır vilayətinin valisi Davut Haner, vali müavinləri Muhlis Arslan, Mevlüd Özmen, Bilgehan Karanfil, İqdır Baş Prokroru Hacı Mustafa Yılmaz, İqdır vilayəti Polis İdarəsinin müdiri Yüksel Babal, Aralıq və Qaraqoyunlu rayonlarının bələdiyyə sədrləri, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun İqdırdakı təmsilcisi, İqdır Ticarət və Sənaye Palatasının sədr və üzvləri, İqdirdakı Azərbaycan və digər dərnəklərin təmsilçiləri, İqdırda yerləşən Heydər Əliyev adına Liseyin müəllim və şagird heyəti, iş adamları, İqdır ictimaiyyəti, mətbuat nümayəndələri və İqdır sakinləri iştirak etmişlər.

 Məlumat və təbliğat məsələləri

 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 2015-ci ilin 19 yanvar  tarixində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu tərəfindən Qars şəhərində yerləşən “Şehr-i-Ayaz” adlı 150 nəfərlik toplantı salonunda anma mərasimi keçirilmişdir.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.

Çıxışlardan sonra qarslı şair Murat Şanlı 20 Yanvar  şəhidlərimizə həsr etdiyi “Azərbaycan” adlı şerini qonaqlar qarşısında oxumuşdur. Daha sonra 20 yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirilmiş, mərasim iştirakçıları Baş Konsulluq tərəfindən quraşdırılmış fotostend ilə tanış olmuşlar.   

Mərasimdə Qars vilayəti Valisinin müavini Akif Pektaş, Qars şəhər Bələdiyyəsinin sədrin vəkili Tahsin Güngörən, sədr müavinləri Yakup Yıldız və Ferit Yenice, Qars şəhər rəsmi və qeyri-rəsmi qurumların  rəhbər və nümayəndələri,  Qars Qafqaz Universitetinin rəhbər, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, KİV-nin və yerli ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak etmişlər. Baş Konsulluq tərəfindən keçirilmiş tədbir Azərbaycan və yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

31 Mart - Azərbaycanlıların Soyqırımının növbəti ildönümü ilə bağlı Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu A.Süleymanlı, Qars şəhər Bələdiyyəsinin rəhbəri Murtaza Karaçanta, Qars vilayətinin Arpaçay rayon bələdiyyəsinin  sədri Erçetin Altay,  İqdır-Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, İqdır-Azərbaycan Dili, Tarixi ve Mədəniyyətini Yaşadılması və  Dəstəklənməsi Dərnəyinin Sədri Ziya Zakir Acar və Milliyyətçi-Hərəkat Partiyasının (MHP) Qars vilayəti üzrə keçmiş rəhbəri Oktay Aktaşın ölkə mətbuatına verdiyi açıqlamaların yerli və Azərbaycanın KİV-də dərc olunmuşdur.

2015-ci ilin aprel ayının 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verdiyi açıqlamanın Konsulluq tərəfindən akkreditə olduğumuz yerli KİV-də türk dilinə tərcümə ediedilib dərc edilmişdir.

03 may 2015-ci il tarixində Ermənistan tərəfinin Azərbaycanın işğal etdiyi ərazilərində təşkil etdiyi qondarma “parlament “seçkiləri” ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatı Konsulluq tərəfindən türk dilinə tərcümə edilib akkreditə olduğumuz yerli KİV-də dərc etdirilmişdir.

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu tərəfindən Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Şuşa işğalının 23-cü ildönümü  ilə bağlı verdiyi açıqlamanın mətinləri və keçirilən tədbirlər haqqında yerli və Azərbaycanın KİV-də dərc olunmuşdur.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu A.Süleymanlının ölkə mətbuatına verdiyi açıqlama yerli KİV-də dərc olunmuşdur.

bakushop